Braziliyalı üçqat dünya çempionu Pele 82 yaşında vəfat edib.
Senzor.az bildirir ki, o, uzun müddət bağırsaq xərçəngindən müalicə olunurdu.
Son həftələrdə koronavirusa yoluxması isə futbolçunun səhhətini daha da ağırlaşdırmışdı.
Xatırladaq ki, Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən “XX əsrin ən yaxşı futbolçusu” elan edilib.
Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb.