Braziliyada 3 günlük milli matəm elan olundu – PELE YANVARIN 3-də DƏFN EDİLƏCƏK
FOTO

Braziliyada üçqat dünya çempionu Pelenin vəfatı ilə əlaqədar matəm elan edilib.

 

“Keçmiş futbolçu Pele Edson Arantes du Nasimentonun vəfatı ilə əlaqədar bu fərmanın dərc edildiyi gündən üç günlük rəsmi ümummilli matəm elan edilir”, - deyə yayılan sənəddə qeyd olunub.

 

Senzor.az bildirir ki, Pele ilə vida mərasimi ona doğma olan “Santos” futbol klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda keçiriləcək.

 

Mərasimin gün yarım davam edəcəyi gözlənilir. Pelenin cənazəsi olan tabutun 1956-cı ilin noyabrında “Santos” ilə debüt etdiyi meydanın ortasına qoyulması planlaşdırılır.

 

Onunla vidalaşmaq istəyənlər 1 və 2 nömrəli qapılardan stadiona buraxılacaq və 7 nömrəli qapıdan çıxacaqlar. Tabutun qarşısında dayanmaq qadağan olunacaq.

 

Əfsanəvi futbolçu yanvarın 3-də Braziliyanın Santos şəhərindəki qəbiristanlıqda dəfn olunacaq. 

Rio-de-Janeyroda İsa Məsihin heykəli Pelenin xatirəsinə dövlət bayrağının rənglərinə boyanıb.

 

Xatırladaq ki, Pelenin 82 yaşında vəfat etməsi faktını dekabrın 29-da qızı Keli Nasimento açıqlayıb. Əfsanəvi futbolçunun ölüm səbəbi daxili orqanların nasazlığı olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.