Moskvada Ərdoğan-Əsəd yaxınlaşması... - VAŞİNQTON NƏDƏN NARAHATDIR?

ABŞ Dövlət Departamenti dekabrın 28-də Moskvada son 11 ildə ilk dəfə keçirilən yüksək səviyyəli Suriya-Türkiyə danışıqlarından narazıdır. 

 

Senzor.az-ın haqqin.az-a istinadən məlumatına görə, Amerika xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb ki, bu danışıqlar “diktator Bəşər Əsədin keçmiş hakimiyyətini bərpa etməyə” xidmət edir. 

Xəbər verdiyimiz kimi, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Türkiyə Milli Kəşfiyyat İdarəsinin direktoru Hakan Fidan Rusiyanın paytaxtında rusiyalı həmkarlarının iştirakı ilə Suriyanın müdafiə naziri və kəşfiyyat rəhbəri ilə danışıqlar aparıblar. Onlar tərəflərin mövqelərinin yaxınlaşmasına və Türkiyə ilə Suriya arasında münasibətlərin sonradan bərpasına yönəlib. Hulusi Akar bu formatda danışıqların gələn il də davam etdiriləcəyini söyləyib.

 

ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən nümayəndəsi “Amerikanın Səsi”nin Türkiyə redaksiyasına göndərdiyi yazılı açıqlamada danışıqları şərh edərək vurğulayıb: “Dövlətlər Əsəd rejiminin son 11 ildə Suriya xalqına etdiyi zülmün miqyasını diqqətlə qiymətləndirməlidirlər".

 

Amerikalı rəsmi Vaşinqtonun Suriya ilə bağlı siyasətinin dəyişmədiyini xatırladıb. 

"Biz Suriya rejimi ilə münasibətlərin qurulması və repressiv diktator Bəşər Əsədə dəstəyin göstərilməsi məsələlərində ölkələri, o cümlədən Türkiyəni dəstəkləmirik", — mənbə bildirib.

 

Öz növbəsində Suriya nümayəndəsi – “BƏƏS” partiyasından olan deputat, Bəşər Əsədin yaxın adamlarından biri Nabil Tume Dəməşqdə bildirib ki, Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası Ankaranın atacağı addımlardan asılıdır. Parlamentari Əsədin Putinin vasitəçiliyi ilə Ərdoğanla görüşdən imtina etməsi ilə bağlı xəbərləri təkzib etməyib, lakin Suriya Prezidenti Administrasiyasının hələlik bu təşəbbüslə bağlı rəsmi şərh vermədiyini vurğulayıb.

 

“Biz Türkiyədəki seçkilərdən əvvəl belə bir görüşün Ərdoğan üçün faydalı olub-olmadığını diqqətlə təhlil etməliyik”, - deyə Tume bildirib.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.