Şimali Koreya şənbə günü 3 ballistik raket buraxıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Raketlər maksimum 100 kilometr yüksəklikdə 350 kilometr uçduqdan sonra Yapon dənizinə düşüb.
Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə raket buraxılışları ilə bağlı Pxenyana etirazını bildirib.