Belarus Prezidenti Aleksandr Lukaşenko teleaparıcılara dovşanlar hədiyyə edib.
“BelTA” xəbər verir ki, maraqlı hadisə “Belarus 1” telekanalının efirində yaşanıb.
Dövlət başçısı “Sabahın xeyir, Belarus!” verilişinin aparıcılarını sevindirib.
Jurnalistlər çoxlu dovşan və quşların, o cümlədən Belarus üçün ekzotik olan dəvəquşuların saxlanıldığı Prezident həyətinə baş çəkiblər.
Verilişin aparıcıları ferma ilə tanış olublar, onlara heyvanların necə saxlanılması və dövlət başçısının bu işdə hansı rolu oynaması barədə məlumat verilib.
Sonda Lukaşenko ilə söhbətləşən aparıcıların hər biri ondan hədiyyə olaraq 2023-cü ilin rəmzi sayılan dövşan alıb.