Koreya Xalq Demokratik Respublikasında (KXDR) ordu və partiya rəhbərliyində dəyişiklik baş verib.
Təyinatlarla bağlı məlumatı bazar günü Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.
Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən, Mərkəzi Komitənin katibi, Hərbi Komitənin sədr müavini Pak Çunq Çon tutduğu vəzifədən azad edilib. Onu əvvəllər müdafiə naziri postunu tutan Li Yonq Gil əvəz edəcək. Pak Çunq Çon həm də Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü idi.
Kan Sun Nam müdafiə şöbəsinin yeni rəhbəri, Pak Su İl Koreya Xalq Ordusunun Baş Qərargah rəisi, Li Tae Seob isə ictimai təhlükəsizlik naziri təyin edilib.
Kadr dəyişikliyinin səbəbləri məlum deyil.