İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.
"La Repubblica" yazır ki, xəsarət halları Neapol və Milanda qeydə alınıb.
İtaliyanın bir sıra şəhərlərində hakimiyyət insidentlərin qarşısını almaq üçün Yeni il atəşfəşanlığını qadağan edib, lakin bir çox yerli sakinlər qadağalara əməl etməyiblər.