Türkiyənin Hatay vilayətində xüsusi əməliyyat keçirilib və 30-dan çox terrorçu saxlanılıb.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, ölkənin cənub-şərqində yerləşən Hatay vilayətinin polis əməkdaşları PKK terror təşkilatının 16, İŞİD-in isə 17 silahlısını saxlayıblar.
Axtarışlar zamanı onlardan ov tüfəngi, tapança, döyüş sursatı və narkotik vasitələr götürülüb.