Braziliyanın “Santos” klubunun stadionunda onun ən məşhur futbolçusu, "futbol kralı" Pele ilə vida mərasimi keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, üçqat dünya çempionu ilə vidalaşmaq istəyən çox sayda insan stadionun ətrafında sıxlıq yaradıb. Arenaya bitişik bütün küçə və yollar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, stadion və ətrafda yerli və xarici telekanalların çoxlu çəkiliş qrupları işləyir.
Qeyd edək ki, Braziliyada “futbol kralı”nın şərəfinə üç günlük matəm elan edilib.