Çinin “PetroChina” şirkəti keçən il ölkənin ən böyük neft-qaz yatağında 65 milyon ton neft və qaz hasil edib.
Bu barədə “Xinhua“ məlumat yayıb.
Ötən il ərzində Çanqinq yatağında neft və qaz hasilatı əvvəlki illə müqayisədə 2,57 milyon ton artıb.
Qeyd edək ki, Çanqinq yatağı Çinin şimalındakı Ordos yaylasının şimal-şərq hissəsində yerləşir və bu yatağın təsdiqlənmiş neft-qaz ehtiyatları ölkənin ümumi ehtiyatlarının təxminən üçdə birini təşkil edir.(APA)