“Yaxın aylar Ukraynadakı münaqişə üçün vacib olacaq”.
TASS xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.
O, Niderlandın Ukraynaya nəinki özünü müdafiə etmək, həm də qalib gəlmək üçün yardım göstərəciyini vurğulayıb.
Daha əvvəl Niderland Müdafiə Nazirliyi 2022-ci ildə Ukraynaya 1 milyard avroya yaxın hərbi yardım göstərdiyini açıqlamışdı.