Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Danışıq zamanı liderlər müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə edib, həmçinin bu il qələbəni yaxınlaşdırmaq üçün səyləri gücləndirmək barədə razılığa gəliblər. Artıq bunun üçün konkret həll yollarının olduğu bildirilir.