ABŞ Konqresi Nümayəndələr Palatasının üzvləri bu gün keçirilən iclasda dördüncü səsvermə zamanı da yeni spiker seçə bilməyiblər.
Senzor.az bildirir ki, səsvermə üçün keçirilən iclas C-SPAN telekanalı tərəfindən yayımlanıb.
Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib və cəmi 201 səs toplayıb - üçüncü turdakından bir səs az. Qalib gəlmək üçün 218 səs toplamaq lazım idi. Cari raundda Makkartinin spiker təyin edilməsini dəstəkləməkdən imtina edən respublikaçılar alternativ namizəd kimi Florida ştatından Bayron Donaldsın namizədliyini irəli sürüblər. Respublikaçılar Partiyasından olan 20 konqresmen ona səs verib. Ukrayna əsilli respublikaçı Viktoriya Sparts bitərəf qalıb və heç bir namizədə səs verməyib. Demokrat Hakim Ceffrisə əvvəlki turlarda olduğu kimi, 212 konqresmen - hazırkı çağırış Nümayəndələr Palatasında Demokratlar Partiyasının bütün nümayəndələri səs verib.
**09:32
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçüncü turda da seçilməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Respublikaçıların lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin üçüncü turunun nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib.
İclas çərşənbə axşamı C-SPAN telekanalı tərəfindən yayımlanıb.
Makkartinin əsas rəqibi, demokratların namizədi Hakim Ceffris 212, respublikaçı liderin özü isə partiyasının aşağı palata üzərində nəzarətinə baxmayaraq, cəmi 202 səs toplayıb. Halbuki qələbə qazanmaq üçün 218 səs toplamaq lazım idi.
Eyni zamanda, üçüncü turun nəticələrinə görə, ikinci və birinci turda 19 nəfərə qarşı liderini dəstəkləməyən respublikaçıların sayı 20-yə yüksəlib. Onların hamısı başqa bir partiyanın üzvünü - Cim Cordanı dəstəkləyib.
Yüz ildə ilk dəfə olaraq Nümayəndələr Palatası sədrinin seçilməsi bir turla məhdudlaşmayıb. Bu, sonuncu dəfə 1923-cü ildə baş verib. Sonra spiker seçmək üçün doqquz tur səsvermə tələb olunub.
Bu dəfə də seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək. Nümayəndələr Palatasının iclası çərşənbə günü yerli vaxtla günorta saatlarında (Bakı vaxtı ilə saat 21:00-da) davam edəcək.