İsrailin yeni hökuməti ölkənin xarici siyasətinə yenidən baxacaq və öz maraqlarını müstəqil şəkildə müdafiə edəcək.
Senzor.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə keçirilən konfransda çıxışı zamanı deyib.
"Xarici əlaqələrə yenidən nəzər salacağıq. Səsimiz bütün dünyada eşidiləcək. Dünya birliyinin diktəsinə baş əymək əvəzinə, İsrail dövlətinin maraqlarını qürurla müdafiə edəcəyik”, -deyə Baş nazir vurğulayıb.