Növbəti hərbi yardım paketində Amerika Birləşmiş Ştatları ilk dəfə olaraq Ukraynaya radarla idarə olunan “Sea Sparrow” zenit raketlərini təhvil verəcək.
Bu barədə “Politico” xəbər verir.
Nəşrin iki mənbəsinə görə, Ukrayna hərbçiləri Amerika raketlərindən istifadə etmək üçün “Buk” zenit-raket komplekslərində müəyyən dəyişiklər ediblər. Qeyd olunub ki, indiyədək Tayvan bu raketlərin yerüstü versiyasından istifadə edən yeganə ölkə olub.
Bu raket yarı aktiv radar təyinat başlığı ilə təchiz olunub. Keçən əsrin 60-cı illərində yaradılan raket bir neçə modifikasiya olunub. Raketin son versiyası - RIM-7P - artırılmış məsafəyə və məlumat bağlantısı vasitəsilə bort kompüteri ilə əlaqə saxlayan avtopilota malikdir.
Mərminin çəkisi təxminən 230 kq, bu raketin maksimal atəş məsafəsi isə 20-30 km-dir. Hədəfi vurmaq hündürlüyü 6 m-dən 15 km-ə qədərdir. Belə bir raketin qiyməti təxminən 165 min dollardır.(AzVision.az)