Ukrayna hökuməti ölkənin hərbi qulluqçulara və onların ailə üzvlərinə sosial-hüquqi təminatlar haqqında MDB ölkələrinin sazişinin protokolundan çıxması barədə qərarı təsdiqləyib.
Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Sənəd SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, sonra isə MDB ölkələrinin ordusunda xidmətə keçirilmiş vətəndaşlar üçün sosial təminat və güzəştləri müəyyən edir. Protokol hərbi qulluqçuların daimi yaşamaq üçün bir MDB ölkəsindən digərinə köçməsi halında sosial təminatların verilməsini, müavinət və kompensasiyaların bölüşdürülməsini nəzərdə tutur.("Report")