ABŞ Prezidenti Cozef Bayden yaxın həftələrdə 2024-cü ildə yenidən seçilmək üçün yekun qərarını verdiyini elan etməyi planlaşdırır.
Bu barədə "The Hill" nəşri məlumat yayıb.
"Çox güman ki, prezident bunu fevralda açıqlayacaq", - nəşrdə qeyd olunur.
Eyni zamanda, prezidentin müşavirləri artıq Baydenin gələcək seçki kampaniyası ilə bağlı rəqəmsal materialların hazırlanması ilə bağlı görüşlər keçirirlər.
Qeyd edək ki, Bayden 2020-ci ildə ilk dəfə ABŞ prezidentİ seçilib.