Pakistan hakimiyyəti Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib.
Xarici KİV xəbər verir ki, bu barədfə Əfqanıstanın Pakistandakı səfirliyi məlumat yayıb.
"Əfqanıstanın İslamabaddakı səfirliyi və ölkənin Kəraçidəki Baş Konsulluğunun səyləri nəticəsində 54-ü qadın və 97-si uşaq olmaqla 524 əfqan həbsxanadan azad edilib", - səfirliyin bəyanatında deyilir.
Qeyd olunur ki, məhbusların bütün nəqliyyat, yemək və geyim xərcləri Əfqanıstanın səfirliyi və konsulluğu tərəfindən ödənilir.("Report")