Yaponiyada “Jetstar” tipli təyyarə bomba həyəcanı səbəbindən Çubu hava limanına məcburi eniş edib, daha sonra 63 reys ləğv edilib.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Sərnişinlərdən və ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Hava limanında uçuş-enmə zolağı bağlanıb. Hüquq-mühafizə orqanları bomba həyəcanı ilə bağlı araşdırma aparırlar.(“Report”)