Ukrayna ətrafında baş verənlərə görə Avropa dəhşətli vəziyyətə düşdü, çünki bundan əvvəl onun rifahı Rusiyadan gələn ucuz və sabit təchizat əsasında qurulmuşdu.
NHK telekanalı bildirir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida deyib.
“Avropa onilliklər ərzində Rusiyadan sabit, ucuz enerji alırdı və həyat qurmaqla, istehsalla məşğul idi. Amma Ukraynadakı münaqişə Avropanın gələcəyi ilə bağlı mənzərəni əsaslı şəkildə dəyişdi, vəziyyət ağırlaşıb”, - Kişida bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya və bəzi digər ölkələr enerji resurslarından siyasi təzyiq aləti kimi istifadə edirlər.
Kisida əlavə edib ki, Yaponiya da Yaxın Şərqdən gələn təchizatdan çox asılıdır və buna görə Avropa ilə oxşar vəziyyətdədir: “Coğrafi xüsusiyyətlərinə görə enerji idxalından asılı olan Yaponiya bərpa olunan və nüvə enerjisi də daxil olmaqla bütün mövcud imkanlardan istifadə etməlidir”.