Almaniyada terror aktı törətmək istəyən iranlı saxlanıldı
FOTO

Yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıblar.

 

“Deutsche Welle” xəbər verir ki, polisin xüsusi təyinatlı qüvvələri gecəyarısı Kastrop-Rauxel şəhərində bir iranlının mənzilinə basqın ediblər.

 

Şübhəli, eləcə də onun qardaşı olduğu güman edilən başqa bir şəxs küçəyə çıxarılıb, yalnız alt paltarı və köynəklə çölə çıxarılaraq polis mikroavtobusuna mindirilib. Onların heç biri müqavimət göstərməyib.

 

“Təqsirləndirilən şəxs dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktı hazırlamaqda şübhəli bilinir”, - prokurorluğun sözçüsü vurğulayıb.

 

Saxlanılan şəxs kimyəvi döyüş maddəsi olan risin, həmçinin yüksək dərəcədə zəhərli sianid əldə etməkdə ittiham olunur. İstintaq orqanları onun hücumu hazırlamaqda nə qədər irəlilədiyini dəqiqləşdirməyiblər. Terror aktının mümkün hədəfləri barədə məlumat verilməyib.

 

“Bild” qəzetinin məlumatına görə, Cinayət işləri üzrə Federal İdarə iranlını bir neçə gün müşahidə altında saxlayıb. Hücumun hazırlanması ilə bağlı məlumat Almaniya təhlükəsizlik qüvvələrinə “dost kəşfiyyat xidməti”ndən daxil olub.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.