İsrail İranda hökumət əleyhinə nümayişçilərin edamını pisləyir, İslam Respublikasını bütün dünya üçün təhlükə hesab edir və öz ölkələrinin hazırkı hakimiyyətlərinə qarşı çıxan iranlıları dəstəkləyir.
TASS bildirir ki, bunu bazar günü İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında deyib.
Baş nazirin ofisindən verilən məlumata görə, “İran rejimi həftə sonu hakimiyyətin zülmünə qarşı nümayiş keçirən iki gənc ölkə vətəndaşını edam edib. İsrail bu iyrənc qətlləri qətiyyətlə pisləyir”, - deyə Netanyahu bildirib.
İsrailin baş naziri vurğulayıb ki, yəhudi dövləti öz ölkəsinin hökumətinə qarşı çıxan iranlıların hərəkətlərini təqdir edir.
“Biz öz azadlıqları uğrunda qəhrəmancasına mübarizə aparan İran vətəndaşlarını salamlayırıq. Onlar elementar insan haqları uğrunda canlarını fəda edirlər. Onlar öz vətəndaşlarını, bölgəni və bütün dünyanı təhdid edən Tehrandakı repressiv rejimin əsl simasını göstərirlər”, - Netanyahu bəyan edib.
“Mən 20 ildir ki, bu barədə danışıram və bu gün dünyada getdikcə daha çox insanın və hökumətin bunu başa düşdüyünü görməkdən məmnunam”, - o əlavə edib.