Braziliyada iğtişaşlar: 400 nəfərdən çox saxlanılan var - YENİLƏNİB, VİDEO/ FOTO


Braziliya polisi paytaxtda iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adamı saxlayıb. 

 

Yerli KİV-in yazdığına görə, bu barədə Braziliya Federal Dairəsinin qubernatoru İbaneys Roşa “Tvitter”dəki səhifəsində məlumat yayıb.

 

"Gəldim sizə məlumat verim ki, artıq 400-dən çox insan saxlanılıb və onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər. Biz Federal Dairədə bu gün günortadan sonra terror aktlarında iştirak edən bütün şəxslərin müəyyən olunması üçün işi davam etdiririk. Biz asayişin bərpa olunmasına çalışırıq”, - deyə qubernator sosial şəbəkə hesabında yazıb.


Hüquq-mühafizə orqanları hesab edirlər ki, Braziliyada dövlət orqanlarının binalarına basqın planlaşdırılıb. Buna görə saxlanılanlara 12 ilə qədər həbs cəzası verilə bilər.


Xatırladaq ki, Braziliya hüquq-mühafizə orqanları parlamenti daha əvvəl binaya soxulmuş etirazçılardan azad ediblər.


 

**01:58



Braziliya prezidenti Lula da Silva keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar ölkə paytaxtında 1 aylıq fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

Senzor.az bildirir ki, dövlət başçısı bu barədə fərmanı jurnalistlərə özü elan edib.

 

Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı cəzalandıracağına da söz verib.

 

Etirazlar zamanı Braziliya Federal Dairəsinin hərbi polisinin helikopterinin nümayişçilərin üzərinə səsli qumbaraları atmağa başladığını əks etdirən video yayılıb. Helikopter onların üzərinə gözyaşardıcı qaz da püskürüb. 

**00:36


Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub və Milli Konqresin binasına basqın ediblər.

 

Senzor.az bildirir ki, bu barədə "Globo" televiziya kanalı xəbər yayıb.

 

Məlumata əsasən, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Çubuqlarla silahlanmış tərəfdarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıblar.

 

Etirazçılar yanvarın 1-də prezident vəzifəsinə başlayan Luis İnasio Lula da Silva hökumətinin istefasını tələb edirlər.

 

Braziliya prezidenti etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.