Perunun Juliaca şəhərində hökumət əleyhinə etirazlarda azı 17 nəfər ölüb, 52 nəfər yaralanıb.
Bu barədə San Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb. Ölənlərin arasında bir azyaşlıdır.
Qeyd edək ki, yanvarın 6-da Juliaca hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Nümayişçilər prezident Dina Boluartenin istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər.