İranın keçmiş prezidentinin qızına 5 il həbs cəzası verildi

İran məhkəməsi ölkədəki son kütləvi etirazlara dəstək verdiyi üçün saxlanılan İranın eks-prezidenti Fayez Haşimi Rəfsəncaninin qızına 5 il həbs cəzası verib. Bu barədə onun vəkili Neda Şəms məlumat verib.


“Xanım Faizə Haşimi ən son işində ona qarşı irəli sürülən ittihamlarla şərti olaraq 5 il həbs cəzasına məhkum edilib...Bitmədiyini nəzərə alaraq hökmü şərh etmək düzgün deyil”, - deyə Şəms öz Twitter səhifəsində yazıb.


İran məhkəmə sistemindəki “müvəqqəti hökm” apellyasiya şikayətinin mümkünlüyünü nəzərdə tutur.Vəkil əlavə edib ki, müdafiə etdiyi şəxs hələ də həbsdədir, ona qarşı daha bir neçə iş açılıb.


Faizə Haşimi Rəfsəncani islahatçı siyasətçi və keçmiş parlament üzvüdür. O, İran müxalifətinin tərəfdarı idi.


Hökumət əleyhinə nümayişlərdə və etiraz aksiyalarında iştirak edib. O, ilk dəfə 2009-cu ildə prezident seçkiləri zamanı islahatçı qanadın namizədlərindən biri Mirhüseyn Musəvini dəstəklədiyi zaman həbs edilib. Daha sonra o, iki dəfə 6 ay müddətinə azadlıqdan məhrum edilib, həmçinin 5 il müddətinə siyasi fəaliyyətdən məhrum edilib.


O, 27 sentyabr 2022-ci ildə əxlaq polisi tərəfindən saxlanılan qızın ölümü ilə bağlı başlayan kütləvi etirazlara dəstək verdiyi üçün yenidən saxlanılıb.(AzVision.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.