"Müharibənin ilk günündən mən dəfələrlə bəyan etmişəm ki, Ukrayna bu müharibədə ehtiyac duyduğu bütün hərbi təchizatı almalıdır, belə olan halda ukraynalılar öz vətənlərini müdafiə edə bilərlər".
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO Baş katibi və Avropa Komissiyasının Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bura ən yüksək səviyyədə hava müdafiəsi sistemləri və digər yüksək səviyyəli müdafiə təchizatı aiddir. Onlar öz ölkələrini qorumaqla yanaşı, BMT Nizamnaməsinin ən fundamental prinsiplərini və beynəlxalq hüququ müdafiə edirlər", Ursula von der Leyen qeyd edib.