KİV: Pakistan Ukraynaya hərbi yardım göndərəcək

Pakistan bu ay Polşa limanı vasitəsilə Ukraynaya hərbi sursat göndərməyi planlaşdırır.


Bu barədə "Economic Times" məlumatlı mənbələri məlumat yayıb.


Bildirilib ki, Pakistan gəmiçilik və broker şirkəti "Project Shipping" yanvarın ikinci yarısında Karaçi limanından Polşanın Qdansk limanına Ukrayna üçün nəzərdə tutulmuş 159 konteyner sursat göndərməyi planlaşdırır.


Məlumata görə, "BBC Vesuvius" adlı gəmi 155 mm-lik haubitsa mərmiləri, M82 kapsülləri və PDM partlayıcıları daşıyacaq. Bundan əvvəl, Pakistan Böyük Britaniyanın Ukraynaya silah ötürülməsində mühüm rol oynayıb.


Nəşr bildirir ki, yardımın müqabilində Pakistan Mi-17 helikopterlərini təkmilləşdirmək üçün Ukraynadan yardım ala bilər. "Economic Times"in daha əvvəl verdiyi məlumata görə, təyyarə mühərrikləri və sənaye dəniz qaz turbinləri istehsalı ilə məşğul olan bir Ukrayna firması Pakistan helikopterlərinin təkmilləşdirilməsinə kömək edir.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.