Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiyanın ən böyük adası olan Honsünun şərq sahillərində güclü zəlzələnin qeydə alındığını açıqlayıb.
Xəbəri TASS yayıb.
Zəlzələnin maqnitudası 6,1 qiymətləndirilir.
Zəlzələnin episentri Xatinoxe şəhərindən 67 kilometr cənub-şərqdə yerləşib.
Hələlik Yaponiya hökuməti dağıntılar barədə məlumat verməyib.
Həmçinin sunami təhlükəsi elan edilməyib.