Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski, Polşa Prezidenti Anjey Duda və Litva Prezidenti Qitanas Nauseda arasında görüş olub.
UNIAN xəbər verir ki, bu barədə Polşa Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları birgə Lyublin üçbucağı bəyannaməsi imzalayıblar.
Qeyd edək ki, Lyublin üçbucağı Ukrayna, Polşa və Litva arasında siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün üçtərəfli regional ittifaqdır. Məqsəd ölkələr arasında dialoqu gücləndirməkdir. Üçbucaq Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləyir. Üçtərəfli format üç ölkənin ənənələrinə və tarixi bağlarına əsaslanır. Müvafiq ümumi bəyannamə 2020-ci il iyulun 28-də Polşanın Lyublin şəhərində nazirlər tərəfindən imzalanıb.(“Report”)
**16:08
Ukrayna Prezidenti Volodimir Zelenski Lvova səfər edib.
Bu barədə Ukrayna dövlət başçısının teleqram kanalında məlumat verilib.
O, Lvov şəhərində həyatını itirmiş Ukrayna əsgərlərinin xatirəsini ehtiramla yad edib.