Rusiya Britaniya vətəndaşlarına sanksiya tətbiq edib

Rusiya Britaniya vətəndaşlarına qarşı sanksiya tətbiq edib.


Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.


Bildirilib ki, şəxsi sanksiyalar mexanizmini fəal şəkildə tətbiq etməkdə davam edən və Rusiyanı nüfuzdan salmaq və beynəlxalq aləmdə təcrid etmək məqsədi ilə intensiv təbliğat kampaniyası aparan Britaniya hökumətinin bir sıra üzvlərinin, eləcə də güc strukturlarının nümayəndələrinin və jurnalistlərin Rusiya Federasiyası ərazisinə girişi qadağan olunub.


Rusiya XİN-nin “stop siyahısı”na 36 Britaniya vətəndaşı əlavə olunub.


“Yaradıcı və konstruktiv dialoqdan bilərəkdən imtina edən London Vaşinqtonla əməkdaşlıq edərək qarşıdurma xəttini davam etdirir, Rusiya haqqında yalan məlumatlar yayır, rusofobiyanı qızışdırır. Xatırlatmaq məcburiyyətindəyik ki, Britaniya rəsmilərinin düşmənçilik hərəkətləri və aqressiv ritorikası adekvat cavabsız qalmayacaq və neonasist Kiyev rejiminə dəstək onun Qərb ağalarına baha başa gələcək. Tarix öyrədir ki, aşkar faktları hər kəs dərk edə bilmir”, - deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.