“Fransanın Ukraynaya yeni hərbi təchizatla bağlı qərarı daha da gərginliyə səbəb olan növbəti addımdır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Paris Minsk razılaşmalarının uğursuzluğuna və Kiyevin münaqişənin hərbi yolla həllinə dair illüziyalarına görə məsuliyyəti üzərinə götürməlidir.