Vitebsk Vilayət Deputatlar Şurası Belarusun Latviya və Litva ilə sərhədini keçmək üçün rüsum müəyyən edib.
Müvafiq qərar ölkənin milli hüquq internet portalında dərc olunub.
Sənədə əsasən, 2025-ci il yanvarın 1-dək Belarusun dövlət sərhədindən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin Vitebsk vilayətinin ərazisində yerli rüsum tətbiq ediləcək.
Ödəniş dərəcəsi bir baza vahidində müəyyən ediləcək. 2023-cü il yanvarın 1-dən baza dəyəri 37 Belarus rubludur. Qərar fevralın 1-dən qüvvəyə minəcək.(AzVision.az)