"Şansından yararlan və istefa et, onda sən Taksim meydanında ayaqlarından asılmaqdan qurtulacaqsan!"
Bunu Isveçdə fəalyyət göstərən "Rojakomitet" adli kurd təşkilatı öz Twitter hesabında paylaşıb.
"Yeni Müsavat"ın İsveçdə yaşayan sabiq əməkdaşı Rahib Kazımlının “Feysbuk” sosial şəbəkəsində yazdığı qeydlərə görə, PKK tərəfdarı olan kürd əsilli fəallar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “kuklasını” Stokholmun duz mərkəzində, Nobel mukafati mərasiminin kecirildiyi şəhər şurası binasının qarsısında asdıqdan sonra belə ediblər.
İsvecin baş naziri bunu ölkəsinin NATO uzvluyunə qarşı sabotaj adlandırıb. İsvec parlamenti sədrinin gələn həftə Ankaraya nəzərdə tutlan səfəri təxirə salınıb. İsvec səfiri Turkiyə XIN-ə çağırılıb.
Musavat.com xatırladır ki, Türkiyə İsveçin NATO üzvlüyünə razılıq verməsi müqabilində rəsmi Stokholmdan PKK üzvləri olan və Türkiyəyə qarşı düşmənçilik hərəkətləri edən şəxslərin Ankaraya təhvil verilməsini tələb edir. İsveç hakimiyyəti daxilində bu plana müqavimət göstərənlər var. PKK simpatizanları isə bu kimi addımlarla iki dövlətin arasındakı münasibəti gərginləşdirmək xətti götürüblər.