Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib.
Bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.
İranlı nazir Suriya dövlət başçısı ilə görüşdən qabaq Dəməşq Beynəlxalq Hava Limanında deyib ki, danışıqlar zamanı regional və beynəlxalq problemlər, həmçinin ikitərəfli əməkdaşlıq müzakirə olunacaq: “Səfərin məqsədi qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin əlaqələndirilməsidir”.