Almaniyanın qərbindəki Lütserat yaşayış məntəqəsində ekoloji fəalların etiraz aksiyasına 10 min adam toplaşıb.
Xarici KİV xəbər verir, aksiyada insan sayının artacağı gözlənilir.
Yerli telekanalların yaydığı görüntülərə görə, radikal nümayişçilərdən bəziləri polislə toqquşub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, butulka və pirotexniki vasitələr atılıb.
Etirazçılara isveçli ətraf mühit fəalı Qreta Tunberq də qoşulub.
Lutserat qəsəbəsi onlarla binadan ibarətdir və inzibati cəhətdən 43 min sakinin yaşadığı Erkelenz şəhərinə mənsubdur. Son aylarda ekoloji fəallar tərk edilmiş evlərdə məskunlaşıblar. Polis onların düşərgəsini həftənin ortasında dağıdıb.