Londonun mərkəzində atışma nəticəsində üç qadın və bir uşaq güllə yaraları ilə xəstəxanaya aparılıb.
Məlumata görə, Skotland-Yardın “Twitter“ səhifəsində bildirilir ki, avtomobildə olan naməlum şəxslər kilsənin yaxınlığında insanlara atəş açıb.
“Ərazidə çox sayda polis əməkdaşı var. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, hadisənin baş vermə şəraiti hələ də aydınlaşdırılır. Hələlik heç kim saxlanılmayıb. Hadisə dəfn mərasiminin keçirildiyi kilsənin yaxınlığında baş verib”, - məlumatda deyilir.