Nepalın Pokhara hava limanında ATR 72 təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalan bir neçə nəfər tapılıb. 29 nəfərin öldüyünü rəsmən təsdiqləyib.
Bu barədə AFP Kaski rayon administrasiyası rəhbərinin köməkçisi Gurudatta Dhakalaya istinadən xəbər verir.
"İndiyə qədər 29 nəfərin cəsədi tapılıb və sağ qalanlardan bəzilərini xəstəxanaya çatdırdıq",- Gurudatta Dhakal bildirib.
Yeti Hava Yollarına məxsus təyyarə bu gün qəzaya uğrayıb. Təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub. Bundan əvvəl KİV yerli hakimiyyət orqanlarına istinadən 45 nəfərin öldüyü barədə məlumat yaymışdı.
**11:58
Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Bu barədə News18 telekanalı yerli hökumət nümayəndələrinə istinadən məlumat yayıb.
Son məlumatlara görə, təyyarədə 53 Nepalı, 5 Hindistan vətəndaşı, 4 Rusiya, 1 İrlandiya, 2 Koreya, Argentina və 1 Fransa vətəndaşı olub.
Daha əvvəl şəbəkədə sözügedən təyyarənin iştirakı ilə video yayımlanmışdı. Yerləşdirilmiş kadrlar təyyarənin düşmədən əvvəl necə yan üstə yuvarlanmağa başladığını, bundan sonra videonun müəllifinin baxış sahəsindən itdiyini göstərir.
Yeti Hava Yollarına məxsus təyyarə bazar günü, yanvarın 15-də Nepalın Pokhara Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub. Hadisənin səbəbləri açıqlanmayıb.(AzVision.az)