Rusiyada səfərbərliyin növbəsi dalğası gözlənilir - ŞƏRH

Ukrayna Müdafiə  Nazirliyi Baş Kəşfiyat İdarəsinin məlumatına görə, Rusiyada hərbi vəziyyətin elan olunması gözlənilir. Bildirilib ki, Rusiya uzunmüddəlti müharibəyə hazırlaşır: “Qarşı tərəfin ölkə iqtisadiyyatını və hərbi-sənaye kompleksini yenidən təşkil etməsi bunun göstəricisidir”. 

 

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin iqtisadiyyatın və hərbi sənaye kompleksinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi tədbirlər Moskvanın hərbi vəziyyətin tətbiqinə hazırlıqlarından xəbər verir: “Rusiya savaşı davam etdirmək üçün bütün resursları istifadə etməyə çalışır. Ukraynadakı qoşunlara yeni komandanın təyin olunması da Kremlin uzunmüddətli və genişmiqyaslı işğala hazırlaşdığını göstərir”. 

 

İlk növbədə onu deyək ki, bu cür məlumatlar həm də informasiya müharibəsinin elementi kimi qiymətləndirilməlidir. Əlbəttə, bu, Rusiya tərəfinə də aiddir. Ümumiyyətlə, müharibənin yazılmamış qanunlarından biri də müxtəlif cəhdlərlə ictimai şüura təsir etmək, o cümlədən daxili və xarici ictimai rəyi arzuolunan istiqamətdə dəyişməkdir. 

 

 Buna baxmayaraq, Ukrayna tərəfinin iddia etdiyi kimi, müharibənin hələ uzun çəkəcəyi şübhəsizdir. Məsələ ondadır ki, savaşın, az qala, bir ildir davam etməsinə rəğmən, Rusiya, demək olar, ciddi uğur əldə etməyib. Əksinə, döyüşlər ərəfəsində elan olunan iddialar havada qaldı: Rusiya üç gün içində Kiyevə daxil ola bilmədi. Həmçinin, Rusiya Ukraynada ciddi müqavimətlə üzləşdi. Bu, rəsmi Moskvanın hərbi nüfuzuna zərbə oldu. Kreml itirilmiş reputasiyanı bərpa etməyə çalışır. Çox güman, Ukraynadakı döyüşlərə yeni komandanın təyin olunması da bununla bağlıdır. 

 

Rusiya hakimiyyəti ordusu ilə bağlı təsəvvürün puça çıxmasını istəməz. Bu mənada demək olar ki, gələcəkdə Ukraynadakı müharibə ilə bağlı atılacaq bütün addımlar birbaşa sözügedən ambisiyaya, yəni Rusiyanın reputasiyasına xidmət edəcək. 

 

Əgər əvvəllər rəsmi Moskvanı düşündürən təkcə müharibədən qalib ayrılmaq və Ukrayna torpaqlarını özünə birləşdirmək idisə, indi onu həm də ordusunun tədricən gözdən düşməsi narahat edir. Bu mənada Rusiya məqsədinə nail olanadək döyüşləri davam etdirəcək. Kremlin sülhlə bağlı səsləndirdiyi fikirlər isə səmimi və ədalətli deyil. Rusiya hərbi yolla nail ola bilmədiklərinə diplomatik yolla çatmaq istəyir. 

 

Bu baxımdan Ukrayna kəşfiyyatının müharibənin müddəti ilə bağlı proqnozunu real hesab etmək olar. 

 

Həmçinin Rusiyada səfərbərliyin növbəti dalğası da mümkündür. Çünki itkilər hər ötən gün artır. Rusiya hər gün yüzlərlə canlı qüvvə itkisi verir. Xüsusilə son günlər Soledardakı irəliləyişlər Rusiyaya böyük itkilər hesabına başa gəlib. Əlbəttə, bu itkilər həm də "Vaqner" muzdlu hərbi təşkilatının "şəxsi heyətində" də özünü göstərir. 

 

Hərbi vəziyyətin elan olunması isə hələ ki inandırıcı görünmür. Çünki bu, daxildəki narazılığı daha da artıra bilər. Onsuz da daxili ictimaiyyət arasında müharibə əleyhinə etiraz  hər ötən gün artır. Narazılıqların daha da şiddətlənməsi hakimiyyət üçün ciddi təhdidlərlə nəticələnə bilər. 

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.