Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun birinci ildönümü ərəfəsində BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka səfər edəcək.
Bu barədə “Report” BMT-nin yüksək mənbələrindən məlumat əldə edib.
Məlumata görə, ötən həftə Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova Prezident Zelenskinin BMT Baş Assambleyanın yüksək səviyyəli iclasında çıxış etmək üçün BMT-yə gəlmək niyyəti olduğunu açıqlamışdı.
Mənbə bildirib ki, buna cavab olaraq BMT rəsmiləri Prezidentin istəyini yüksək qiymətləndirib və onun Baş Assambleyada çıxış etmək üçün dəvət edib.
O qeyd edib ki, təhlükəsizlik vəziyyəti uyğun olacağı təqdirdə Prezidentin Nyu-Yorka gəlişi planlaşdırılır.