Hindistan Xarici İşlər Nazirliyinin katibi, baş nazirin tərcüməçisi Nilakşi Saha Sinha Ermənistana səfir təyin edilib.
Bu barədə PTC News məlumat yayıb.
Sinhanın hind, ingilis, benqal və fransız dillərində danışdığı qeyd edilir. O, baş naziri 14 xaricə səfərdə müşayiət edib.
Bildirilir ki, Sinha yaxın zamanlarda öz vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, Hindistanın Ermənistandakı hazırkı səfiri Kişan Dan Deval 2019-cu ildə İrəvana diplomat kimi göndərilib.(AzVision.az)