Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası ilə bağlı elan edəcəyi xəbərlər şaiyədir.
Məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.
“Bunların hamısı şayiədir. Onlara qulaq asmayın”, - deyə Kreml rəsmisi vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin sabah Leninqrad blokadasının yarılmasının 80 illiyi şərəfinə keçiriləcək tədbirlərdə Ukraynaya tam müharibə və ya yeni səfərbərlik dalğası elan edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.(APA)