İranın şimalında 4,5 bal gücündə zəlzələ baş verib.
Trend bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Sari şəhərindən (Mazandaran vilayəti) 11 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 2 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.