Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Kiyevdə görüşüb.
Bu barədə Zelenski “Telegram”da məlumat verib.
O, əvvəlcə Mişellə fotosunu dərc edib və Avropa Şurasının rəhbərini salamlamaqdan şad olduğunu bildirib, daha sonra görüşlə bağlı video yayımlayıb.
“Avropa Şurasının prezidenti Şarl Mişel ilə mənalı danışıqlar. Ukrayna və Avropa İttifaqı bizim tarixi yaxınlaşmamızda artıq əhəmiyyətli nəticələr əldə edib. Biz daha da böyük nailiyyətlər əldə etməyə çalışırıq”, - Zelenski yazıb.
**11:00(19.01.2023)
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə “Tvitter”də o özü yazıb.
“Kiyevə gedirəm. Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar”, - deyə Ş.Mişel vurğulayıb.
O, həmçinin əlavə edib ki, Ukraynanın Aİ-nin dəstəyinə ehtiyacı var: “Və onlar bu dəstəyə layiqdirlər”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü ötən il fevralın 24-də başlayıb.