Avropa İttifaqı (Aİ) ölkələri gələn ay Rusiyaya qarşı qüvvəyə minəcək onuncu sanksiyalar paketi üzərində işləyir.
Bu barədə “Röyters” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, artıq bəzi Aİ ölkələri blokun Moskva ilə nüvə yanacağı üzrə əməkdaşlığını azaltmaq, Rusiya almazlarının idxalını qadağan etmək və Kremlin müttəfiqi Belarusla ticarəti məhdudlaşdırmaq üçün yeni sanksiyalar tələb edib.
Yüksək səviyyəli diplomatın sözlərinə görə, sanksiyaların növbəti mərhələsi fevralın 24-nə, Rusiyanın Ukraynaya hücumunun ildönümünə qədər hazır olmalıdır.