Belarus Prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəsinə səfərə dəvət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dəvət Belarus Prezidentinin Çində qeyd olunan Bahar bayramı ilə əlaqədar Si Cinpinə göndərdiyi təbrikdə yer alıb.
A.Lukaşenko vurğulayıb ki, ötən ilin bütün çətinliklərinə baxmayaraq, Belarus-Çin münasibətlərində uğurlar əldə olunub.
O, iki dövlət arasında münasibətlərin inkişafı istiqamətində bundan sonra da işləri davam etdirməyə hazır olduğunu bildirib: "Sizi əmin edirəm ki, Belarus-Çin münasibətlərinin bütün spektrini inkişaf etdirməyə, ədalətli və sülhsevər qlobal nizamın qurulması məqsədilə beynəlxalq arenada Sizinlə əməkdaşlığı dərinləşdirməyə hazıram. Zati - alilərinizi əsl dost kimi tanındığınız və qiymətləndirildiyiniz, ən isti və səmimi qarşılanacağınız Belarus Respublikasını ziyarət etməyə dəvət edirəm".
Senzor.az