Çinlilər ay təqvimi ilə Yeni ili qeyd edirlər.
Senzor.az bildirir ki, ölkə yanvarın 22-nə keçən gecə ay təqvimi ilə “Çuntsze”yə (Bahar bayramı) - Yeni ilə qədəm qoyub.
Bu, COVID-19 pandemiyası məhdudiyyətlərindən sonra ilk Yeni ildir ki, çinlilər ölkə daxilində sərbəst səyahət edə biləcəklər. Yeri gəlmişkən, Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, bayram tətilləri zamanı 2 milyarddan çox insan səyahətə çıxacaq ki, bu da pandemiyadan öncəki 2019-cu ilin analoji dövründə qeydə alınan göstəricinin 70,3 faizini təşkil edir.
Hazırda Çində bayramlarla əlaqədar bəzi restoranlar, banklar, mağazalar bağlanıb, dövlət idarələri tətilə çıxıb. Yalnız polis, yanğınsöndürənlər və digər fövqəladə hallar xidmətində çalışan şəxslər işə çıxıblar.
Ölkədə Yeni il tətili yanvarın 27-dək uzadılacaq, bayramın qeyd olunması isə iki həftə davam edəcək.