Yaponiyanın Baş naziri Fumio Kişida fevralda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə səfər etməyi düşünür.
Məlumatı "Yomiuri" nəşri Yaponiya hökumətindəki mənbələrə istinadən yayıb.
Məlumata görə, Yaponiya bu il G7-nin rəhbəri kimi Ukraynanı dəstəkləməkdə davam etmək niyyətində olduğunu göstərmək istəyir. Ölkə həmçinin Kiyevlə Rusiyanın təcavüzünü pisləyən birgə bəyanat dərc etmək niyyətindədir.
Lakin Yaponiya XİN-i mətbuatda yayılan məlumatı hələ şərh etməyib.