Siyasətçilərin nə deməsindən asılı olmayaraq, Avropa faktiki olaraq müharibə vəziyyətindədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.
O, Kosovodakı vəziyyətlə bağlı ABŞ və Avropa İttifaqı ilə aparılan danışıqların nəticələri barədə deyib ki, Qərb siyasətçiləri Balkanlarda öz məqsədlərini güdürlər: “Avropa de-fakto müharibə vəziyyətindədir. Artıq tolerantlıq yoxdur".
O, Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmadığına və həmçinin Kosovo ilə münaqişənin gərginləşməsinə görə “tam göz önündə olduğunu” vurğulayıb.
Aleksandar Vuçiç qeyd edib ki, Belqrad Priştina ilə danışıqlara getməyəcəyi təqdirdə Qərb Serbiyanı sanksiyalarla hədələyir.
Xatırladaq ki, daha öncə Balkan ölkəsinin “İnformer” qəzeti Serbiya Tərəqqi Partiyasının növbədənkənar iclasında Vuçiçin Kosovo ilə bağlı Serbiyaya Qərbin təzyiqləri barədə partiya rəhbərliyinə məlumat verdiyini yazmışdı.
Aleksandr Vuçiç xalqa müraciətində "respublikanı xilas edə biləcəyi"təqdirdə istefa ehtimalını istisna etmədiyini də söyləyib.
Prezidentlikdən getməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Vuçiç qeyd edib ki, o, vəzifəsinin nə olduğunu bilir, buna görə də “dövləti xilas etmək və müəyyən vaxt udmaq mümkün olsaydı, tərəddüd etməzdi”.
"Mən Vətən üçün yaşayıram, ölkənin əsgəriyəm və müəyyən bir anda dövlət marağı nəyi tələb edəcəksə, onu da edəcəyəm" - deyə o, əmin edib.
Senzor.az