Ukrayna XİN Belarusa xəbərdarlıq edib

“Ukrayna Belarusdan gələ biləcək təhlükələrin qarşısını almağa hazırdır”.


“RBK Ukraina” xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko deyib.


O bildirib ki, rəsmi Kiyevin ehtimal olunan ssenari ilə bağlı dəqiq planı var: “Hökumətimiz və hərbçilərimiz bununla bağlı konktret fəaliyyət planına malikdir”.


O.Nikolenko vurğulayıb ki, Rusiya bütün imkanları ilə Belarusu birbaşa savaşa çəkməyə çalışır: “Biz Minksə xəbərdarlıq edirik. Eyni zamanda xatırladırıq ki, Belarusla bağlı aqressiv niyyətimiz yoxdur”.


XİN rəsmisinin sözlərinə görə, Ukrayna hadisələrin istənilən inkişafına hazırdır və BMT Nizamnaməsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək müstəsna olaraq hərəkət edəcək.


Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya qoşunlarının 2023-cü ilin payızında Belarus ərazisindən Ukraynaya hücuma keçəcəyini açıqlamışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.