Almaniya istehsalı olan ağır döyüş tanklarının Ukraynaya tədarükü üçün tərəfdaşlarımıza “yaşıl işıq yandı”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Twitter“də yazıb.
O həmçinin qeyd edib ki, Almaniya hökuməti ölkə istehsalı olan “Leopard” tanklarının tədarükü ilə yanaşı, davamlı şəkildə hərbi dəstək göstərilməsi və təlim missiyalarının daha da genişləndirilməsi üçün üçüncü ölkələrə icazə verib.
“Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı bu vacib və vaxtında verilmiş qərar haqda məlumat aldım. Kanslerə və Almaniyadakı bütün dostlarımıza səmimi qəlbdən minnətdaram”, - Ukrayna lideri qeyd edib.